Menu

İran Yaxın Şərqdə Rusiya ilə ittifaq yaratmağa can atır

21.02.2017, 17:52
İran Yaxın Şərqdə Rusiya ilə ittifaq yaratmağa can atır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikası (İİR) Yaxın ŞərqdəRusiya Federasiyası (RF) ilə ittifaq yaratmağa can atdığını bəyan edib.

İran parlamentinin sədri Əli Laricani «Əl-Məyadin» telekanalına verdiyi müsahibədə bəyan edib ki, Yaxın Şərq məsələlərinin gündəliyi üzrə, o cümlədən, Suriya tənzimlənməsi istiqamətində Tehran və Moskva arasında heç bir fikir ayrılığı yoxdur.

İran, Rusiya və Türkiyə ilə bir sırada, Suriyada barışığın qarantıdır. Burada artıq 6 ildirki, ölkə daxilis ilahlı münaqişə davam edir. Məhz yuxarıda adları çəkilən 3 ölkənin təşəbbüsü və dəstəyi sayəsində Astanada Suriya hökuməti ilə müxalif qüvvələr arasında birbaşa danışıqlar keçirildi.

Laricani həmdə İranın ərəb ölkələri, o cümlədən, özünün başlıca rəqibi Səudiyyə Ərəbistanı ilə birbaşa dialoq qurmaq ideyasını alqışlayıb. O, qeyd edib ki, bu cür qarşılıqlı fəaliyyət «heç bir ilkinşərt irəli sürülmədən» həyata keçirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol