Menu

Masallıda 8-ci sinif şagirdi ölüb

22.02.2017, 14:26
Masallıda 8-ci sinif şagirdi ölüb

Masallıda 15 yaşlı məktəbli ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

İ. Əmənovun atası 6 ay öncə vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol