Menu

Əsgər özünü güllələdi

22.05.2014, 10:30
Əsgər özünü güllələdi

Sumqayıtda Daxili Qoşunların əsgəri özünü güllələyib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, Haqverdiyev Sadiq adlı əsgər güllə yarası ilə mərkəzə gətirilib.

Xəstəxanadan bildiriblər ki, yaralı əsgərə təcili qan köçürülüb. Daha sonra əsgəri Sumqayıt şəhərində yerləşən hospitala aparıblar. Onun hazırkı vəziyəti barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol