AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya bu ilin sonuna qədər Kuril adalarında bir diviziya yerləşdirəcək. Dövlət Dumasındakı dinləmələr zamanı bu barədə müdafiə naziri Sergey Şoyqu xəbər verib.
Ötən il məlum oldu ki, Kuril adalarında Rusiyanın «Bal» və «Bastion» raket kompleksləri yerləşdiriləcək. O zaman Yaponiyanın Xarici İşlər Nazirliyi (XİN) Tokionun bu addıma qarşı cavab tədbirləri görəcəyini vəd etmişdi.
Moskva israrla bildirir ki, adalarda raket komplekslərinin yerləşdirilməsi Rusiyanın milli təhlükəsizliyini təmin etmək məqsədi güdür.

Şərhlər