Menu

Albaniya müxalifəti ölkə parlamentini boykot etdi

23.02.2017, 09:00
Albaniya müxalifəti ölkə parlamentini boykot etdi

Albaniyanın Demokratik Partiya başda olmaqla aparıcı müxalifət qüvvələri iyunun 18-də ədalətli seçkilərin təmin edilməsi üçün texniki hökumətin formalaşdırılmasını tələb edir.

"Report" xəbər verir ki, müxalifətçilər tələbləri yerinə yetirilənədək hökuməti boykot edəcəklər.

Hökumət əleyhdarları ümid edirlər ki, seçkilər ədalətli və demokratik hesab ediləcəyi təqdirdə, "Avropa İttifaqı Albaniyanın quruma daxil olması üzrə danışıqlara razılıq verəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol