Menu

Mətanət Əzizovanın əri və oğlu xaricə gedərkən saxlanıldılar

22.05.2014, 13:58
Mətanət Əzizovanın əri və oğlu xaricə gedərkən saxlanıldılar

Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın əri və oğlu ölkəni tərk etməyə çalışarkən saxlanılıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Leyla Yunus yayıb. M.Əzizovanın anası Mirvari Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında xəbəri təsdiq edib.

Xəbərə görə, M.Əzizovanın əri Eldar Əzizov və onun oğlu Camal Gürcüstanla sərhəddə tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol