AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Bavariya Alpındakı villasını satmaq fikrinə düşüb.
Bu barədə Almaniya mətbuatı yazır. Söhbət, Münhen şəhərinin yaxınlığında yerləşən Tegernze gölü sahilindəki malikanədən gedir. Villa 100 il bundan əvvəl tikilmiş üçmərtəbəli binadan ibarətdir. Torpaq sahəsi 26 sotdur.
Qorbaçovun ailəsi 10 ildir ki, bu mülkün sahibidir. Sənədlərə əsasən, mülkün sahibi Qorbaçovun qızı İrinadır.
Son illər yaş həddi və sağlıq durumu ilə bağlı «perestroyka alimi» Bavariyadakı villasında nadir hallarda olub.
Yerli qəzetlər yazırlar ki, malikanəni 7 milyon avroya almaq olar. Bu qiymət elit daşınmaz əmlakın yerli qiymət səviyyəsinə uyğun gəlir.
Böyük ehtimalla, bu villa «Berlin səddi»nin sökülməsinə razılıq vermiş Qorbaçova edilən «hədiyyə»lərdən yalnız biridir.


Şərhlər