Hərbi ekspert Üzeyir Cəfərov Baş Prokurorluqda ifadə verib. Bu barədə APA-ya Ü. Cəfərov məlumat verib.

Ü. Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində müstəntiq Qasım Məmmədov tərəfindən dindirildiyini bildirib: “İdarədə iki saata qədər ifadə verdim. İdarədə jurnalist Rauf Mirqədirov barəsində açılan cinayət işi və dövlət sirrinin erməni tərəfinə ötürülməsinin araşdırılması faktı üzrə şahid qismində ifadə verdim“.

Ü. Cəfərov İdarədə mətbuata məlumat verilməməsinə dair iltizam imzaladığını da bildirib.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.