SAM-ın direktoru III Moskva Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edəcək
23-24 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşkil etdiyi III Moskva Beynəlxalq Təhlükəsizlik konfransında çıxış etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.
Plenar iclas “Yaxın Şərq və Şimali Afrikada sabitləşdirilmə yollarını tapmaq” və “Əfqanıstan və regional təhlükəsizlik” adlı panellərdən ibarət olacaq. Qurumdan verilən məlumata görə, konfransda SAM-ın direktoru Fərhad Məmmədovun Əfqanıstan mövzusu ətrafında çıxışı planlaşdırılıb. Qeyd olunan konfransda 10-a yaxın ölkələrin müdafiə nazirlərinin, 25 ölkənin 50-ə yaxın beyin mərkəzlərinin və MDB ölkələrinin hərbi idarələrinin rəhbərlərinin, Avropa, Asiya və Yaxın Şərq ölkələrinin, ABŞ, Kanadanın rəsmi nümayəndələrinin, BMT, NATO və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Azərbaycan nümayəndə heyətinə SAM rəhbəri ilə yanaşı Azərbaycanın müdafiə naziri cənab Zakir Həsənov da daxildir.
Qeyd edək ki, adı nurçularla əlaqədə hallandırılan F.Məmmədovun fəaliyyətində son vaxtlar durğunluq hiss olunurdu.

Şərhlər