Menu

"Xocalı qətliamı türk millətinin ümumi dərdidir" - Türkiyənin baş naziri

27.02.2017, 09:55
"Xocalı qətliamı türk millətinin ümumi dərdidir" - Türkiyənin baş naziri

"Xocalı şəhərində erməni quldurlarının vəhşiliyinin qurbanı olmuş həmvətənlərimizin xatirəsini anıram".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Twitter"dəki mikrobloquna yazıb.

Yıldırım qeyd edib ki, 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsinin ağrısı müqayisəyə gəlməzdir.

"Bu qətliam türk millətinin ümumi dərdidir", - deyə Türkiyənin baş naziri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol