Menu

Putinlə Nazarbayev birgə xizək gəzintisinə çıxıblar

27.02.2017, 11:32
Putinlə Nazarbayev birgə xizək gəzintisinə çıxıblar

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya və Qazaxıstanın Prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev birgə xizək gəzintisinə çıxıblar.

Dövlət başçılarının bu qeyri-formal görüşü fevralın 27-də keçiriləcək danışılar ərəfəsində baş tutub.

Prezidentlər istirahət gününü Alma-Atı yaxınlığındakı dağ-xizək kurortunda keçiriblər. Onlar birgə xizək sürüblər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bazar ertəsi Alma-Atı şəhərində Nazarbayev və Putin arasında rəsmi görüş olacaq. Görüşdən sonra Rusiya Prezidentinin Tacikistana və Qırğızstana səfəri planlaşdırılıb.

Rusiyanın hökumət başçısı Dmitri Medvedyev də bazar günü Soçidə dağ-xizək kurortunda qeyri-rəsmi görüşlər keçirib. O, hökumət üzvləri ilə xizək gəzintisinə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol