Menu

Kubokun sahibi “Neftçi” oldu

22.05.2014, 22:59
Kubokun sahibi “Neftçi” oldu

Azərbaycan kuboku uğrunda həlledici oyun keçrilib. Finalda “Qəbələ” “Neftçi” ilə qarşılaşıb. “Qəbələ” tarixində ilk dəfə olaraq kubokun finalında mübarizə aparıb. “Neftçi” isə 6-cı dəfə kubokun finalında oynayıb. Təcrübə öz sözünü deyib.

Kubokun final matçında ilk 45 dəqiqə 0-0 hesablı heç -heçə ilə başa çatıb. 52-ci dəqiqədə “Neftçi”nin heyətində Samir Nəsimov hesabı mükəmməl qolla açıb.

71-ci dəqiqədə Marat İzmayilov “Qəbələ”nin bərabərlik qolunu vurub.

Görüşün 90-cı dəqiqəsi 1-1 hesablı bərabərliklə başa çatdığından hər biri 15 dəqiqəlik olan yarım saatlıq vaxt əlavə olunub. Qalib müəyyənləşmədiyindən, kubokun sahibi penaltılardan sonra bəlli olub.

“Neftçi” matçdan sonra penaltı zərbələrindən sonra 3-2 hesablı qələbə əldə edərək tarixi ərzində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol