Azərbaycan kommersiya bankları nahardan sonra valyuta məzənnəsinə yenidən dəyişikliklər edib.
Fins.az-ın araşdırmasına görə, banklarda həm alış, həm satış qiymətləri ucuzlaşıb. Bəzi satış müqayisələrini təqdim edirik:
Belə ki, "Bank Silk Vey" və "Amrahbank" satış qiymətini 1.7900-dan 1.7800 manatadək ucuzlaşdırıb.
Bundan savayı, "Bank BTB" də dolların satış qiymətini 1.7950-dən 1.7900 manata endirib.
"Nikoilbank" 1.8100 manatdan 1.8000 manata, "Yapı Kredi Bank Azərbaycan" isə 1.8100 manatdan 1.8050 manatadək ucuzlaşıb.
"Paşa Bank" isə ABŞ valyutasının satış məzənnəsini 1.8250 manatdan 1.8200 manatadək ucuzlaşdırıb.



Şərhlər