Menu

Hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs edildi - Ermənistanda

01.03.2017, 16:07
Hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs edildi - Ermənistanda

Ermənistan ordusunun N saylı hərbi hissəsinin arxa cəbhə üzrə komandir müavini V.Petrosyan və ərzaq xidməti üzrə rəisi E.Aleksanyan həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlara qarşı 3 maddə (səlahiyyətdən sui-istifadə, vəzifə həddini aşma, hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində fəaliyyətsizlik) üzrə ittiham irəli sürülüb.

Məlumata görə, məhkəmə hər iki vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol