Menu

Bakıda mühafizəçi özünü yolun ortasında öldürdü

01.03.2017, 16:40
Bakıda mühafizəçi özünü yolun ortasında öldürdü

Paytaxtda intihar hadisəsi baş verib.

Lent.az bildirir ki, Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birində mühafizəçi işləyən 1974-cü il təvəllüdlü Dadaşov Natiq Arif oğlu özünü asaraq intihar edib.

O, gecə saatlarında spirtli içkinin təsiri altında küçənin ortasındakı dirəkdən özünü asıb. Küçədən keçən şəxslər asılı vəziyyətdə qalmış meyiti görən kimi polisə məlumat veriblər.

Bildirilir ki, N.Dadaşovun maddi problemləri olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol