Menu

Pensiya yaşı ilə bağlı məsələ martın 7-də müzakirəyə çıxarılacaq

01.03.2017, 18:11
Pensiya yaşı ilə bağlı məsələ martın 7-də müzakirəyə çıxarılacaq

Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.

Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir.

Həmçinin oxuyun: “İNSANLARIN ÖMRÜ UZANIB…” – Hadı Rəcəbli pensiya yaşı haqda

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol