Menu

İstanbulda meydan savaşı: 2 ölü, 9 yaralı

23.05.2014, 17:21
İstanbulda meydan savaşı: 2 ölü, 9 yaralı

İstanbulun Ok meydanındakı aksiyada ölənlərin sayı ikiyə çatıb.Avropa.info-nun məlumatına görə, dünən Uğur Kurtun ölüm xəbəri gəlmişdi. Bu gün isə ölüm xəbəri daha gəlib. İstanbul valisi Hüseyn Avni Mutlu atılan partlayıcının naməlum birinə dəydiyini və yaralı şəxsin oradaca öldüyünü deyib.

"Orada olan vətəndaşlarımız öldürüldü. Dünən polis məmurları da yaralanmışdı. İlkin tibbi yardımdan sonra Okmeydandan getdilər. Bir polis məmuru ayağından tapança ilə vurulmuşdu. Ümumi yaralı sayı 9-a çatıb"- Mutlu əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol