AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Moldova Respublikası özünün Rusiyadakı səfirini geri çağırır.
Mətbuat xəbər verir ki, ölkənin Nazirlər Kabineti (NK) bu gün bu barədə qərar qəbul edib.
Bu addımın səbəbləri bərədə hələlik xəbər verilmir. Səfir Dmitri Bragişin özü «RBK»-ya bildirib ki, bu informasiyanı şərh edə bilməz.
Bragiş Moldovanın Rusiyadakı səfirliyinə 2015-ci ilin payızından rəhbərlik edir. Buna qədər, 1999-2001 ilərdə o, ölkəsinin Baş naziri olub.
Bundan əvvəl Moldovanın Prezidenti İqor Dodon Rusiya ilə yaxşı münasibətlərin qurulmasının vacib olduğunu deyib və hətta Avropa İttifaqı ilə assosiasiya sazişinin ləğv oluna biləcəyini də istisna etməyib.


Şərhlər