Menu

"Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik"

02.03.2017, 10:19
"Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik"

"Azərenerji" ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir.

"2016-cı ilin dekabrında "Azərenerji" ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - deyə agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı "Azərenerji" ASC-nin maliyyə nəticələrinə təsir etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol