Menu

Bir nəfərin ölümü bu iki ölkə arasında vizasız rejimi ləğv etdi

02.03.2017, 09:34
Bir nəfərin ölümü bu iki ölkə arasında vizasız rejimi ləğv etdi

Malayziya hökuməti martın 6-dan Koreya ilə vizasız rejimin ləğv olunacağını elan edib. Trend-in məlumatına görə, Malayziya baş nazirinin müavini Əhməd Zahid Həmid bu addımın təhlükəsizlik məqsədilə atıldığını bəyan edib.

Artıq Şimali Koreya vətəndaşları Malayziyaya səfər etmək üçün viza almağa məcbur olacaqlar.

Ölkə bu qərarı Koreya liderinin qardaşı Kim Çen Nanın Kuala-Lumpur aeroportunda ölümündən bir neçə həftə sonra qəbul edib.

Qeyd edək ki, daha öncə onun ölümündə ittiham olunan İndoneziya və Vyetnam vətəndaşlarının Malayziyada saxlanılması barədə xəbər verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol