Menu

Biləsuvarda çayda boğulan 12 yaşlı oğlanın meyiti tapılıb

02.03.2017, 14:27

bogulmaBeş gün əvvəl Biləsuvarda çayda batan oğlanın meyiti sudan çıxarılıb.

Bu barədə APA-nın cənub bürosuna hadisə yerində olan polis əməkdaşları məlumat veriblər. 12 yaşlı Elçin Mehdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehdiyev fevralın 25-də həyətdə velosipedlə oynayarkən Balharı çayına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol