AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsveç Rusiyanın hərbi fəallığı ilə bağlı olaraq, hərbi çağırışı qismən bərpa etmək qərarına gəlib. Bu ölkədə hərbi mükəlləfiyyət 2010-cu ildə ləğv olunmuşdu.
İsveç Müdafiə Nazirliyinin (MN) nümayəndəsi Mariett Radeboya istinadla, bu barədə məlumatı Britaniyanın «Bi-bi-ci» teleradio şirkəti yayıb.
Beləliklə, İsveç silahlı qüvvələri yanvarın 1-dən başlayaraq, 1999-cu il təvəllüdlü 4 min oğlan və qızı hərbi xidmətə çağırmaq niyyətindədir. Bir sıra fizioloji və psixoloji test yoxlamasından sonra, onları 13 min nəfərin arasından seçəcəklər.
Müdafiə Nazirliyinin nümayəndəsi öz növbəsində, qeyd edib ki, hərbi çağırış praktikasına qayıdış «ətrafda vəziyyətin dəyişməsi və Rusiyanın hərbi fəallığı» ilə bağlıdır.
Mariett Radebo bu zaman nümunə kimi Norveç modelinə barmaq tuşlayıb və əlavə edib ki, İsveç parlamentarilərinin 70 faizi ölkə ordusunun möhkəmlədirilməsinə tərəfdar olduğunu bildirir.
Çağırışçılar üçüq hərbi xidmətin müddəti 9-12 ay təşkil edəcək. Bundan sonra onlar ya silahlı qüvvələrdə qalacaqlar, ya da ehtiyata buraxılacaqlar.


Şərhlər