Menu

Naxçıvanda yeniyetmə cüdoçuların birinciliyi keçirilib

02.03.2017, 21:35
Naxçıvanda yeniyetmə cüdoçuların birinciliyi keçirilib

Ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb

Naxçıvanda 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının birinciliyi keçirilib.

"Report" xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 4 klubdan ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası, Tələbə İdman Klubu Naxçıvan, Şərur və Culfa klublarını təmsil edən iştirakçılar 10 çəki dərəcəsində yarışıblar. -30 kq, -34 kq, -38 kq, -42 kq,- 46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66kq çəki dərəcələrində bütün qaliblərə medallar, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol