Menu

Aİ Şurası Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edilməsinə icazə verib

02.03.2017, 23:14
Aİ Şurası Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edilməsinə icazə verib

Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında bildirilib.

“2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.

Saziş Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.

Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.

Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol