Menu

Polis bölməsinin rəisi işdən çıxarıldı - Nöqsanlara görə

03.03.2017, 11:51
Polis bölməsinin rəisi işdən çıxarıldı - Nöqsanlara görə

Bakıda polis bölmələrindən birinin rəisi işdən çıxarılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov işində verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

O, daxili işlər orqanlarında sərəncama götürülüb.

Bölmə rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini polis mayoru Bəhruz Əliyevə tapşırılıb. Bəhruz Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin oğludur. /“Report”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol