Menu

Mehman Hüseynov Şüvəlana aparıldı - Yenilənib

03.03.2017, 21:06
Mehman Hüseynov Şüvəlana aparıldı - Yenilənib

Bu gün 2 il müddətə azadlıqdan məhrum edilən bloqçu Mehman Hüseynovun saxlanacağı yer dəyişdirilib. Bu barədə Lent.az-a onun yaxınları məlumat verib.

Mehman Hüseynov Şüvəlanda yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

***

Bloger Mehman Hüseynova hökm oxunub.

APA-nın məlumatına görə, M. Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib.

Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol