Menu

Rusiya generalı minaya düşdü - Ayaqlarını və gözünü itirdi

03.03.2017, 17:59
Rusiya generalı minaya düşdü - Ayaqlarını və gözünü itirdi

Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin generalı ağır yaralanıb.

APA-nın “fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb.

Nəticədə ayaqlarını və bir gözünü itirib.

Sayt hadisənin 1 həftə əvvəl baş verdiyini və generalın Moskvadakı Burdenko adına hospitala gətirildiyini yazıb. “O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, - deyə hospitalın 56-cı şöbəsindən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol