Vüsal Məmmədov barəsində cinayət işinin açılıb-açılmayacağına da aydınlıq gəlib
Rüşvət alan həkim Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədov vəzifəsindən azad edilib. Bunu ANS PRESS-ə Vüsal Məmmədovun özü məlumat verilib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu barədə qərar qəbul edib. Vüsal Məmmədov barəsində cinayət işinin açılıb-açılmayacağına gəlincə, o, bildirdi ki, buna Səhiyyə Nazirliyi tərəfindən yaradılan komissiyanın araşdırmasından sonra aydınlıq gələcək.
Xatırladaq ki, Ötən gün sosial-şəbəkələrdə Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstənin yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirmişdi ki, Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmdov xəstə yaxınlarından rüşvət alması faktı ilə bağlı xüsusi komissiya yaradılıb.

Şərhlər