Menu

Avrokomissar Mehman Hüseynovun həbsini pislədi

03.03.2017, 20:18
Avrokomissar Mehman Hüseynovun həbsini pislədi

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks “Twitter”dəki mikrobloqunda bloger Mehman Hüseynovun həbsini pisləyib.

“Turan” xəbər verir ki, avrokomissar Azərbaycandakı tənqidi çıxışlara təzyiqləri dayandırmağa və blogeri azad etməyə səsləyib.

Xatırladaq ki, bu gün məhkəmənin qərarı ilə Mehman Hüseynova 2 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Bloger məhkəmə zalında həbs olunub.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol