Menu

Tramp Baş prokurorun müdafiəsinə qalxdı

04.03.2017, 01:09
Tramp Baş prokurorun müdafiəsinə qalxdı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Baş Prokuror Ceff Seşnsə yönəlik ittihamları «cadugər ovu» adlandırıb.

«O, düzgün adamdır və düz olmayan heç nə deməyib» - Prezidentin bəyanatında belə deyilir. Bəyanatda qeyd olunur ki, demokratlar uduzulmuş seçkilər fonunda öz simalarını qoruyub saxlamaq istəyirlər. Ancaq onlar öz imkanlarını şişirdirlər.

Bu ərəfədə Konqresdə Federal Təhqiqat Bürosuna (FTB) Seşnsə qarşı araşdırmalara başlamaq barədə çağırış edilib. İddiaçılar (demokratlar) təsdiqləyirlər ki, and altında Seşns Rusiyanın rəsmi şəxsləri ilə görüşdüyünü inkar edib.

Bundan əvvəl Rusiya səfiri ilə görüşdüyü üçün qamaqalla üzləşmiş milli təhlükəsizlik üzrə Prezident müşaviri Maykl Flinn istefaya getməli olub.

Bu arada isə Amerika mətbuatı daha bir neçə siyasətçinin Rusiya səfiri Sergey Kislyakla görüşdüyünü yazır. «USA Tooday» nəşrinin məlumatına görə, bunlar Donald Trampın seçki kampaniyasının müşavirləri Cefferi Qordon və Karter Peycdir.

«Nyu-York Tayms» isə təsdiqləyir ki, Rusiya səfiri ilə daha birisi - Donald Trampın kürəkəni Cared Kuşner də təmasda olub. Sonradan o, Prezidentin müşaviri təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol