Menu

Rusiyada bir ailənin 4 üzvü qətlə yetirilib Böyüt

04.03.2017, 09:10
Rusiyada bir ailənin 4 üzvü qətlə yetirilib  Böyüt

Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb.

Belə ki, yanğınsöndürənlər mənzildə baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkar ediblər. İlkin versiyaya görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol