Menu

AMİP partiya üzvlərinə seçki sərbəstliyi verib

30.09.2013, 18:48
AMİP partiya üzvlərinə seçki sərbəstliyi verib

“Prezident seçkisində partiya üzvlərinə sərbəstlik verilib”. Bunu “Media forum” saytına açıqlamasında Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə deyib. O qeyd edib ki, hər bir kəsin istədiyi namizədə səs vermək hüququ var:

“Kiməsə qadağa qoymaq və ya xüsusi göstəriş vermək olmaz. Partiyanın öz namizədi olmadığı üçün rəhbərlik olaraq belə qərara gəlmişik ki, üzvlərə tam sərbəstlik verilsin. Partiya üzvləri platformasına daha çox inandıqları namizədə səs verə bilər”.

Arzuxan Əlizadə həmçinin deyib ki, partiya seçkidə öz namizədi ilə təmsil olunmasa da, seçki prosesini çox yaxından izləyir.

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov “Media forum” saytına qısa açıqlamasında seçki prosesi barədə belə deyib: “Prosesdir də gedir. Bununla bağlı heç bir fikrim yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol