Menu

Massimiliano Alleqri "Arsenal"a keçməyə razılıq verib

05.03.2017, 11:35
Massimiliano Alleqri "Arsenal"a keçməyə razılıq verib

Londonun "Arsenal" klubu komandaya yeni baş məşqçi dəvət etməyi planlaşdırır.

"Report" xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssis Massimiliano Alleqri İngiltərə klubuna rəhbərlik etməyə hazırdır.

Tərəflər artıq sövdələşmə ilə bağlı şifahi razılıq əldə ediblər. Əgər "topçular"ın hazırkı baş məşqçisi Arsen Venger komanda ilə müqaviləni uzatmaqdan imtina edərsə, o zaman "Yuventus"un rəhbəri növbəti mövsümün əvvəlində ingilis klubuna keçəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol