Vəkil Fuad Ağayev “Ayna-Zerkalo” qəzetinin həbs olunmuş əməkdaşı Rauf Mirqədirova atasının dəfnində iştirak üçün icazə verilməsi ilə əlaqədar müvafiq qurumlara müraciət edib. Bu barədə məlumatı Musavat.com-a vəkilin özü verib. Onun sözlərinə görə, həm Rauf Mirqədirovla bağlı cinayət işini aparan müstəntiq İbrahim Ləmbəranskiyə, həm də Milli Təhlükəsizlik Nazirliyinə, baş prokurora və baş prokurorun müavinə müraciət ünvanlayıb.
Fuad Ağayev deyib ki, qanunvericilik saxlanılan şəxslərin yaxınlarının dəfninə buraxılmasına icazə verir: “Bu, mümkündür və edilməlidir”.
Vəkil məlumat verib ki, Həbibulla Mirqədirovun dəfninin vaxtı hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov ötən gecə 84 yaşında dünyasını dəyişib.


Şərhlər