Menu

Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var

05.03.2017, 21:30
Filippində zəlzələ baş verib: ölən və xəsarət alanlar var

Filippində zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, zəlzələ Suriqao şəhərindən 13 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ nəticəsində azı 1 nəfər ölüb, daha 25 nəfər isə xəsarət alıb.

Yeraltı təkanların gücü 5,9 bal olub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son vaxtlar Filippində zəlzələlər tez-tez qeydə alınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol