Menu

Şimali Koreya Yapon dənizinə raket buraxıb

06.03.2017, 08:58
Şimali Koreya Yapon dənizinə raket buraxıb

Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər.

Tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol