Menu

Rusiyada Krımsız xəritələrin reklamı qadağan olunur

06.03.2017, 10:50

publika.az1395065145krimin isqal xeritesiAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkənin parlamenti Krımın Rusiya ərazisi kimi göstərilmədiyi xəritələrin reklamını qadağan edən qanun qəbul edə bilər.

Uyğun sənəd artıq martın 3-də baxılmaq üçün Rusiya Federasiyası Dövlət Dumasının (RF DD) gündəliyinə daxil edilib.

Krımdan olan senatorlar Olqa Kovitidi və Sergey Tsekov Krımın və Sevastopolun Rusiya ərazisi kimi göstərilmədiyi xəritələrin nümayişinin qadağan olunması təklifi ilə çıxış ediblər.

Hazırda bu sənəd «Reklam haqqında» Qanuna düzəliş olaraq Dumanın gündəliyindədir.

«Mal və xidmətlərin reklamı məqsədilə belə təhrif olunmuş xəritələrin nümayişi Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasının təbliği xarakteri daşıyır» - deyə, Federasiya Şurasında bəyan ediblər.

Başqa sözlə, «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı!».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol