Menu

«Almaniya ordusu Rusiya sərhədində olacaq!» - Nə qədər lazımdırsa, o qədər…

06.03.2017, 11:31
«Almaniya ordusu Rusiya sərhədində olacaq!» - Nə qədər lazımdırsa, o qədər…

«AzPolitika.info»-nun xarici KİV-ə istiadla verdiyi xəbərə görə, Baltik ölkələri ilə sərhəddə hərbi qüvvvələrini artırdığına görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel Rusiyanı tənqid atəşinə tutub.

«Alman ordusu Baltik ölkələrində nə qədər lazımdırsa, o qədər qalacaq» - deyə, nazir bəyan edib.

«Daily Express» qəzeti Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkovdan da sitat gətirir: «İkinci dünya müharibəsindən sonra ilk dəfədir ki, alman əsgərləri Rusiya səhədində «peyda» olub…».

«Mənim nəzərimcə, Rusiyanın sərhədlərə yerləşdirdiyi hərbi potensial tamamilə rassional deyil, nədən ki, o ölkələr (Baltik ölkələri - red.) tərəfindən heç bir təhlükə yoxdur» - deyə, qəzet almaniyalı nazirdən sitat gətirir.

«Daily Express» qeyd edir ki, Rusiyanın öz sərhədində yerləşdirdiyi nəhəng hərbi qüvvə ilə müqayisədə NATO-nun ümumi sayı 1000 nəfər təşkil edən (bunun 400 nəfəri alman əsgəridir) ordu hissəsi «itib-batacaq».

Kreml isə öz növbəsində, bəyan edib ki, öz sərhədlərini NATO-nun təcavüzündən qoruyur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol