AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Çeçenistanın paytaxtı Qroznı şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, zəlzələnin episentri 15 kilometr dərinlikdə yerləşib.
Dağıntılar barədə məlumat yoxdur.
Bu arada Çeçenistanın başçısı Ramzan Kadırov sosial şəbəkələrdən birinin efirindən bəyan edib ki, ölkənin yaşayış fondunun yoxlanılması həyata keçiriləcək.
O, eyni zamanda, yeri sakinləri sakitliyə riayət etməyə çağırıb.


Şərhlər