AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) mənzil tikintisi naziri Ben Karson immiqratları qullarla müqayisə edib.
Sosial şəbəkə istifadəçiləri nazirin bu bəyanatına neqativ reaksiya veriblər.
Karson bəyan edib ki, 19-cu əsrdə zorla satılmış və Ştatlara kölə qismində gətirilmiş afrikalılar da indiki immiqrantların ümid etdikləri gələcəyi arzulayıblar.
«Bax, Amerikanın mahiyyəti budur. Çəkişmələr və imkanlar ölkəsi. Kölə gəmiləri ilə ABŞ-a gətirilmiş digər immiqantlar da olub. Onlar daha az qismət müqabilində daha çox işləyiblər» - deyə, Karson bəyan edib.
Nazir qeyd edib ki, qullar da ümid ediblər ki, onların nəvə-nəticələri «bu torpaqda çiçləklənməyə və xoşbəxtliyə» nail ola biləcəklər.
Sosial şəbəkə istifadəçiləri amerikalı nazirin bu sözlərini təəccüblə qarşılayıblar. Ancaq Karsonun nümayəndəsi bəyan edib ki, zalda olanlardan heç biri nazirin bu müqayisəsini yanlış kimi qəbul etməyib.


Şərhlər