Menu

ABŞ Cənubi Koreyada yeni RƏM sistemi yerləşdirdi 

07.03.2017, 16:31
ABŞ Cənubi Koreyada yeni RƏM sistemi yerləşdirdi 

«AzPollitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Koreyada «THAAD» tipli yeni raket əleyhinə müdafiə (RƏM) sistemləri yerləşdirməsi məsələsinə Moskva və Pekin əlüstü reaksiya verib.

Koreyanın «Renxan» agentliyinin məlumatına görə, martın 7-də raket əleyhinə komplekslərin komponentləri hava nəqliyyatı ilə Osane bazasına gətirilib. Həm də burada iki atıcı qurğunun quraşdırılmasına hazırlıq gedir.

Komplekslərin yerləşdirilməsi 1-2 ay vaxt aparacaq.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerovun sözlərinə görə, bu addım strateji hücum silahlarının ixtisarı üzrə müqavilənin (SHS-3) şərtlərinin birbaşa pozulması deməkdir.

«Bu yerləşdirmə - SHS-3 müqaviləsi ilə nəzərdə tutulan balansın pozulması deməkdir. Bu da Rusiyanın, həmin müqavilədən çıxmasına əsas verən şərtlərdən biridir» - deyə, Ozerov qeyd edib. Komitə sədri bildirib ki, Rusiya yaranmış vəziyyəti analiz edəcək.

Çin də öz növbəsində, bildirib ki, ABŞ-n bu addımına «qətiyyətlə qarşı çıxır» və vəd edir ki, öz maraqlarının müdafiəsi üçün vacib olan hər şeyi edəcək.

«Biz, qətiyyətlə buna qarşı çıxırıq. Biz, öz təhlükəsizlik maraqlarımızın müdafiəsi üçün lazım olan bütün tədbirləri görəcəyik» - deyə, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (ÇXR XİN) nümayəndəsi Qen Şuan bildirib.

Çinli diplomat ABŞ-ı «səhv yolla daha da irəli getməməyə» və bu sistemlərin yerləşdirilməsindən vaz keçməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol