Menu

Separatçılar ” “Vahid Novorossiya Dövləti” yaradıblar

24.05.2014, 23:16
Separatçılar ” “Vahid Novorossiya Dövləti” yaradıblar

Qondarma Donetsk və Luqansk “xalq respublikaları” birləşərək “Vahid Novorossiya Dövləti”nin yaradılması haqqında “sənəd” imzalayıblar.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “sənəd”in imzalanması bu gün Donetskdə “Şaxtar Plaza” otelində, Nikolayev, Odessa, Herson, Dnepropetrovsk, Donetsk, Luqansk və Zaporojyenin “xalq nümayəndələrinin” qurultayının yekunlarına dair baş tutub.

“Donetsk Xalq Respublika”sı (DXR) adından “sənədi” “DXR”-in “baş naziri” Aleksandr Boroday, “Luqansk Xalq Respublika”sı (LXR) adından isə “LXR”-in “respublika şurası”nın “sədri” Aleksey Karyakin imzalayıblar.

İmzalanma prosesi qapalı şəraitdə keçirilib, giriş silahlı şəxslər tərəfindən mühafizəyə götürülüb.

“Sənədin” imzalanma mərasiminə yalnız “Rossiya-24” telekanalının jurnalistləri buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol