Menu

Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib

08.03.2017, 14:52
Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib

Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən şəxsin saxlanılması üçün əməliyyat keçiriblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı DİN-in nümayəndəsinin yaydığı məlumatda bildirilib.

"Bu gün təhlükəsizlik qüvvələrimiz paytaxt Ər-Riyad şəhərində İŞİD-ə qoşulması barədə məlumat aldığı şəxsin saxlanılması üçün əməliyyat keçirilib. Lakin o, polis əməkdaşlarına atəş açıb. Bundan sonra həmin şəxs zərərsizləşdirilib",- məlumatda qeyd edilib.

Xəbərdə həmçinin təhlükəsizlik qüvvələrinin cinayətkarı müşayiət edən şəxsi saxladıqları və bu işlə bağlı tədqiqatın davam etdirildiyi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol