Menu

Ərdoğandan Almaniyada Qərbi ittiham etdi - "Niyə səsin çıxmır?"

25.05.2014, 11:32
Ərdoğandan Almaniyada Qərbi ittiham etdi - "Niyə səsin çıxmır?"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın Köln şəhərində Lanxess Arenada bu ölkədə yaşayan türklər qarşısında çıxış edib.10 minlərlə türkün qatıldığı aksiyada baş nazir önəmi mesajlar verib. Almaniyadakı türklərin durumundan danışan Ərdoğan Türkiyə üzərinə bəzi qüvvələrin hücuma keçdiyini də deyib."Keçmişlərdə Türkiyədə biz çox çətin dönəmlər yaşadıq. On illər boyunca siyasi istəklərimiz, tələblərimiz heçə sayıldı. On illər boyunca inanclarımız, kimliyimiz təhqir edildi. Türk dedilər, laz dedilər, kürt dedilər, dəyərlərimizi yox saydılar. İkrahla hicablı dedilər, saqqallı dedilər, mənəviyyatımızı yox saydılar. Hicaba görə, insanlarımız məktəblərin qapısından qovuldular , unversitetlərdə baş örtüləri zorla başlarından açıldı. Adnan Menderesi edam etdilər, xalqa prezident seçə bilməzsən dedilər. Çetelərlə, terrorlarla üstümüzə gəldilər. Ancaq biz geri çəkilmədik. Artıq başı örtülü qızlarımız məktəbinə gedə bilir, dövlət dairələrində çalışır. Allahın izniylə bu davam edəcək.

Ərdoğan növbəti dəfə "Penselvaniya" deyə müraciət etdiyi Fətullah Gülənlə yanaşı , Qərb dairələrini də ittiham edib.

"Misirdə dövlət çevrilişinə çevriliş deməyənlərin nəzərinə! Ey Qərb! Türkiyədə olanlara tez reaksiya verirsən, Misirdə baş verənlərə niyə səsin çıxmır? Kim nə ssenari yazır yazsın, biz yolumuza davam etməyə çalışacağıq.

Prezident seçkilərindən danışan Ərdoğan bu seçimlərin bir dönüş nöqtəsi ola biləcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol