Menu

Fransa və Ermənistan prezidentləri Qarabağı müzakirə etdilər

08.03.2017, 20:54
Fransa və Ermənistan prezidentləri Qarabağı müzakirə etdilər

Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin nizamlanması məsələsini, eləcə də ikitərəfli münasibətləri və beynəlxalq vəziyyəti müzakirə ediblər.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Biz siyasi məsələlərə, xüsusən Fransanın faydalı ola biləcəyi Qarabağda münaqişənin həlli məsələsinə toxunduq. Çünki ABŞ və Rusiya ilə yanaşı, Fransa da Minsk Qrupunun həmsədridir. Biz böhrandan çıxmaq üçün lazımi siyasi qərarları əldə etmək, son həftələr və aylar ərzində baş vermiş ağır hadisələrin təkrarlanmasından qaçmaq istəyirik" – deyə Ermənistan prezidenti Serj Sarkisyanla görüşün yekunlarından danışarkən Fransua Olland bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol