Menu

Tailandda 13 terror aktı törədildi

25.05.2014, 12:20
Tailandda 13 terror aktı törədildi

Terror aktları 3 nəfərin ölümünə, 50-dən çox adamın yaralanmasına səbəb olub

Tailandın Pattani əyalətində bir neçə terror aktı nəticəsində 2 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.

Yerli polisə ümumilikdə 13 terror aktı partlayış və atışmalarla müşayiət olunub. Hücumlara ərzaq mağazaları, yanacaq-doldurma məntəqələri, enerji şirkətinin ofisləri məruz qalıb.

Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Tailandın 3 əyalətində separatçılar muxtariyyət uğrunda partizan müharibəsi aparırlar. Bu toqquşmalar zamanı son 10 ildə 5000-dən çox adam ölüb. (anspress.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol