Menu

Ayağı amputasiya edilmiş kişi özünü güllələdi

09.03.2017, 11:50
Ayağı amputasiya edilmiş kişi özünü güllələdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, rayonun Alar kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, T.Quliyev şəkər xəstəsi imiş. Bir müddət əvvəl onun ayaqlarından biri amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol