Menu

“Rahat” marketlərin adı “Bazar”a dəyişdirilir - Spirtli içkilər də satılacaq

09.03.2017, 15:25
“Rahat” marketlərin adı “Bazar”a dəyişdirilir - Spirtli içkilər də satılacaq

“Rahat” marketin bir neçə şöbələrinin adı “Bazar” marketlər şəbəkəsinə dəyişdirilir.

“Marja”nın əldə etdiyi məlumata görə, artıq şəbəkənin 2 marketinin adı “Bazar” adı ilə fəaliyyət göstərir. Təbrz küçəsi 60 ünvanında və Buzovna qəsəbəsindəki “Rahat” marketin adı “Bazar” marketə dəyişdirilib.

“Rahat” marketlər şəbəkəsində spirtli içkilər və haram sayılan məhsullar satılmırdı. Yeni “Bazar” marketlərdə belə məhsullar satılır.

Qeyd edək ki, Azərbaycanda bu ada oxşar adla “Bazarstore” marketlər şəbəkəsi də fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol