Hüquq müdafiəçisi Vidadi İsgəndərliyə qarşı təhdidləri daxili işlər naziri Ramil Usubov öz nəzarətinə götürüb. Bu barədə məlumatı Moderator.az-a Vidadi İsgəndərli verib.
"Bu gün DİN-in Təhlukəsizlik İdarəsinin rəisi mənə zəng vuraraq bildirdi ki, nazir Ramil Usubovun göstərişinə əsasən mənə qarşı sui-qəsd, rerrorla hədələmə, FB-də söyüş və təhqir barədə bütün materiallar Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində araşdırılacaq və şəxsən nazir tərəfindən bu iş nəzarətə götürülüb. Əlavə olaraq onu da bildirdi ki, ailəmin və özümün təhlükəsizliyim baradə bütün müvafiq strukturlara göstəriş verilib. Bu arada müəyyən olunub ki,məni terrorla hədələyən Emil Məmmədov barəsində Göyçay rayon İcra Hakimiyyəti başçısının müdaxiləsindən sonra qanunsuz olaraq çinayət işinin başlanması rəd edilib. DİN-in göstərişinə əsasən həmin material da Göyşay polisindən nazirliyə göndərilməsi tələb olunub. Nəhayət, deyəsən buz əriməyə başlayır. Mənə qarşı terroror cəhdi ilə baqllı ABŞ səfirliyindən sonra Avropa Birliyinin, BMT-nin Bakı ofisinin nümayəndəsi və Avropa ölkələrinin səfirlikləri ilə 3-4 günə görüş olacaq.Görüşdə həm də siyasi və vicdan məhbusları barədə fikirlərim olacaq. Nəticəsindən asılı olaraq bunun müsbət və yaxud mənfi tərəfləri qiymətləndiriləcək."

Şərhlər