Menu

Polşa Aİ-nın yekun bəyannaməsini imzalamadı! - Donald Tuska görə

10.03.2017, 14:22

donald_tusk_190614«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa Donald Tuskun yeni müddətə Avropa Şurasına sədr seçilməsi ilə bağlı Avropa İttifaqı (Aİ) sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Bu barədə Polşanın Baş naziri Beata Şidlo məlumat verib. Onun sözlərinə görə, Aİ-nın bu qərarı Varşavanın iradəsinin əksinə olaraq qəbul edilib.

Donald Tusk isə öz növbəsində deyib ki, Avropa İttifaqının hər bir ölkəsi ilə işləyəcək və Polşa hökumətini təcriddən çəkindirməyə çalışacaq.

Rəsmi Varşava Tusku dəstəkləmir və onu müxalifətin tərəfdarı olaraq, ölkənin daxili işlərinə həddindən artıq qarışmaqda ittiham edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol